Frank Busse: "Orta Dəhliz gələcək inkişaf üçün zəruri infrastruktura malikdir"
- 06 oktyabr, 2026
- 16:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz gələcək inkişaf üçün zəruri infrastruktura və investisiya potensialına malikdir, lakin onun səmərəliliyinin əsas şərti bütün iştirakçılar arasında koordinasiya olmalıdır.
"Report" xəbər verir ki, bunu "Hamburg Port Consulting" şirkətinin Avropa üzrə vitse-prezidenti Frank Busse Almaniya-Azərbaycan Əlaqəlilik Konfransı çərçivəsində keçirilən panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi boyunca artıq limanlar fəaliyyət göstərir, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Limanı" MMC, "Rhenus" və "Silway" isə daşımaları təmin etməyə hazırdır.
F.Busse Orta Dəhlizin davamlı və etibarlı inkişafının zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, yeni limanlar yaratmaq mütləq deyil, lakin mövcud liman infrastrukturu Şimal dəhlizi ilə müqayisədə Orta Dəhlizin çatışmazlıqlarını kompensasiya etməlidir.
F.Busse həmçinin Orta Dəhlizin əhəmiyyətli investisiya potensialı barədə məlumat verib. O, əlavə edib ki, hazırda Orta Dəhliz əhəmiyyətli impuls qazanır.