"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 15:43
Azərbaycan Sənaye Bankı maliyyə vəziyyətini açıqlayıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 5,427 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

9 ayda ASB-nin gəlirləri 48,051 milyon manat (1 il əvvələ nisbətən 19 % çox), xərcləri 41,254 milyon manat (23,6 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 87 min manat (1 il əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,457 milyon manat (12,5 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 855,547 milyon manat olub ki, bu da illik müqayisədə 7 % çoxdur. Bunun 389,309 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,3 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,3 % artaraq 721,836 milyon manat, o cümlədən depozit portfeli 7,8 % artaraq 511,415 milyon manat, balans kapitalı isə 5,6 % artaraq 133,711 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

44 - Tezliklə