Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər

Region
  • 13 oktyabr, 2026
  • 15:50
Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər

Qazaxıstan və Belçika kritik əhəmiyyətli minerallar sahəsində birgə layihələri inkişaf etdirəcəklər.

"Report" xəbər verir ki, bu barədə 24KZ məlumat yayıb.

Bu gün Astanada keçirilən Qazaxıstan-Belçika dəyirmi masasında kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Əsas mövzular sənaye və innovativ layihələrin reallaşdırılması, həmçinin emal müəssisələrinin yaradılması idi. Qazaxıstan xammal ixracından onun dərin emalına və yüksək texnologiyalı məhsulların istehsalına keçməlidir.