BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər

Digər ölkələr
  • 13 oktyabr, 2026
  • 15:28
BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər

Yaxın Şərqdə döyüş əməliyyatlarının gələcək eskalasiyası on milyonlarla dinc sakin üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariçin bəyanatına istinadən məlumat yayıb.

"Mülki əhali Yaxın Şərqdəki hərbi əməliyyatlara görə yüksək bədəl ödəyir. Son günlərdə Səudiyyə Ərəbistanındakı insan itkiləri, yaralanmalar və dağıntılar döyüş əməliyyatlarının dinc sakinlər üçün dağıdıcı nəticələrinin daha bir nümunəsidir", - o bildirib.

M.Spolyariçin sözlərinə görə, Yəməndə ölənlərin və yerindən edilmiş şəxslərin sayı, eləcə də mülki infrastrukturun, o cümlədən Ədən və Sənadakı dağıntılarının miqyası sürətlə artır.

BQXK rəhbəri vurğulayıb ki, münaqişə tərəfləri mülki əhalinin və mülki obyektlərin müdafiəsini təmin etməyə borcludurlar. O xəbərdarlıq edib ki, limanlara, hava limanlarına və həyati əhəmiyyətli infrastruktura zərbələr əhali üçün ciddi nəticələrə səbəb ola bilər.

"Döyüş əməliyyatlarının daha da güclənməsi on milyonlarla insan üçün fəlakət olacaq. Gərginliyin azaldılması və mülki əhalinin qorunması istiqamətində təcili səylər göstərilməlidir", - M.Spolyariç vurğulayıb.

44 - Tezliklə