Fərid Şəfiyev: Avropanın Azərbaycana marağı energetika çərçivəsindən kənara çıxır

Xarici siyasət
  • 08 sentyabr, 2026
  • 12:09
Fərid Şəfiyev: Avropanın Azərbaycana marağı energetika çərçivəsindən kənara çıxır

Son illər Avropada Azərbaycana maraq artır.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Söhbət yalnız energetikadan getmir. Təhlükəsizlik, təhlükəsizlik zəmanətləri, nəqliyyat, daşımalar, logistika və digər istiqamətlərlə bağlı bütöv bir sıra məsələlər var. Buna görə də biz avropalı tərəfdaşlarımızla (ekspertlərlə) vaxtaşırı müzakirələr (konfranslar – red.) aparır, bu cür tədbirlər təşkil edirik", - o deyib.

F.Şəfiyev qeyd edib ki, bugünkü konfransın iştirakçıları həmçinin Qarabağa səfər edəcəklər:

"Onlar azad edilmiş ərazilərdə görülən işlərlə və mövcud problemlərlə, o cümlədən mina problemi ilə tanış olacaqlar. Hesab edirəm ki, bu cür təmaslar və müzakirələr Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə töhfə verir".

44 - Tezliklə