Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub

Papua-Yeni Qvineyanın Yeni Britaniya adası sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 26 200 nəfər əhalisi olan Kokopo şəhərindən 121 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

44 - Tezliklə