ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır

ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkili Elias Baumannı təcili məsləhətləşmələr üçün Vaşinqtona çağırır.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun yazılı açıqlamasında bildirilib.

Onun sözlərinə görə, qərar dövlət katibi Marko Rubionun göstərişi ilə Nikaraqua həmsədrləri Rosario Murillo və Daniel Orteqanın Nataşa Françeskanın ABŞ səfiri təyin edilməsi ilə bağlı razılığa gəlməməsindən sonra verilib.

"Murillo və Orteqanın qərarı onların konstruktiv diplomatik dialoqa getmək istəmədiklərini göstərir", - bəyanatda deyilir.

Piqott vurğulayıb ki, açıq diplomatik kanalların saxlanması beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir.

Onun fikrincə, Nikaraqua hakimiyyətinin ABŞ Konqresi tərəfindən təsdiqlənmiş Françeskanın namizədliyini qəbul etməkdən imtinası onların qarşılıqlı hörmət bəyanatlarına ziddir və Nikaraqua xalqının maraqlarına zərər verir.

44 - Tezliklə