Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək

Böyük Britaniya Ukraynaya 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin bir hissəsi olaraq çoxməqsədli "Lightweight Multirole Missiles" (LMM) raketlərinin tədarükünü sürətləndirəcək.

"Report"un Britaniya hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Baş nazirin Dəftərxanasının bəyanatında bildirilib.

Bəyanata görə, qış aylarında Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün elan edilmiş paketdən 10 milyon funt sterlinq dəyərində raketlərin tədarükü sürətləndiriləcək.

Qeyd olunur ki, 2025-ci ilin martında Böyük Britaniya və Ukrayna Kiyevə 5 000-dən çox LMM raketinin tədarükünü nəzərdə tutan 1,6 milyard funt sterlinq dəyərində müqavilə imzalayıblar.

44 - Tezliklə