Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb

Rusiya ordusu yenidən Ukraynanın paytaxtı Kiyevə kütləvi hava zərbələri endirir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, yerli vaxtla 04:44-dən başlayan hava hücumları paytaxtı və vilayəti əhatə edir.

Hava zərbələri ballistik raket və müxtəlif tipli qanadlı raketlərdən ibarətdir. Ukraynanın hava hücumundan müdafiə sistemi raketlərin bəzilərini havada zərərsizləşdirib.