Azərbaycan səfiri Rusiya XİN-də görüş keçirib

Xarici siyasət
  • 11 may, 2017
  • 12:29
Azərbaycan səfiri Rusiya XİN-də görüş keçirib

Bakı. 11 may. REPORT.AZ/ Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu qəbul edib.

"Report" Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş Azərbaycan səfirinin xahişi ilə keçirilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın aktual məsələləri müzakirə edilib.