Azərbaycan səfiri etimadnaməsini İtaliya prezidentinə təqdim edib

Xarici siyasət
  • 05 aprel, 2016
  • 12:34
Azərbaycan səfiri etimadnaməsini İtaliya prezidentinə təqdim edib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın İtaliyaya yeni təyin olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini ölkə prezidenti Sergio Mattarellaya təqdim edib.

"Report" İtaliya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim Kvirinaldakı prezident sarayında keçirilib. 

Mərasimdən sonra səfir və prezident söhbət edib.

44 - Tezliklə