Japarov Azərbaycanın AQEM-in inkişafına töhfəsini yüksək qiymətləndirib
- 15 oktyabr, 2026
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM çərçivəsində dövlətlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
"Report" xəbər verir ki, bunu o, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
"Azərbaycan tərəfinin Müşavirə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və fəaliyyətin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm", – Japarov deyib.
S.Japarov görüşün təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
O, həmçinin Laosun AQEM-ə qoşulmasını alqışlayıb və Qırğızıstanın fəal əməkdaşlığa hazır olduğunu ifadə edib.