ATB-nin xalis mənfəəti 62 % artıb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 12:46
ATB-nin xalis mənfəəti 62 % artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib.

Xalis mənfəət 15,2 milyon manata çatıb

2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % və ya təxminən 5,8 milyon manat artım deməkdir. Hesabat dövründə Bankın ümumi gəlirləri 14 % artaraq 143 milyon manat, xərcləri isə 127,6 milyon manat təşkil edib.

Mənfəət dinamikasında faiz və qeyri-faiz gəlirlərinin artımı diqqət çəkir. 2026-cı ilin sentyabr ayına faiz gəlirləri 97,4 milyon manatdan 105,7 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 27,9 milyon manatdan 37,2 milyon manata çatıb.

Kapitalın gəlirliliyi və məcmu kapital artıb

Məcmu kapital isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % artaraq 128,7 milyon manat təşkil edib.

Kredit portfeli 20 % artaraq 945 milyon manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövründəki 787,7 milyon manatdan 944,9 milyon manata yüksəlib. Beləliklə, kredit portfelində 20 % artım qeydə alınıb.

Portfelin tərkibində istehlak kreditləri 35% artaraq 314,2 milyon manatdan 424,1 milyon manata, biznes kreditləri 13,5% artaraq 267,1 milyon manatdan 303,2 milyon manata çatıb. Daşınmaz əmlak kreditlərinin həcmi isə 5,5 % artımla 206,3 milyon manatdan 217,6 milyon manata yüksəlib.

Depozit portfeli 1,7 milyard manata yüksəlib

Hesabat dövrünün sonunda Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 % artaraq 1,7 milyard manata çatıb. Əhalinin Banka yerləşdirdiyi əmanətlərin həcmi 70 % artaraq 344,8 milyon manat təşkil edib.

2026-cı ilin üçüncü rübünün sonuna Bankın ümumi öhdəlikləri 2 milyard manat səviyyəsində olub.

44 - Tezliklə