Azərbaycan Düşənbədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Xarici siyasət
  • 30 may, 2018
  • 11:56
Azərbaycan Düşənbədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
Report

Bakı. 30 may. REPORT.AZ/ Bu ilin iyun ayında Tacikistanın paytaxtı Düşənbə şəhərində "Davamlı inkişaf üçün su" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli keçirdiyi brifinqdə bildirib.

Konfrans BMT ilə əməkdaşlıq çərçivəsində keçiriləcək, onun işində bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan da konfransda iştirakını təsdiqləyib, bu mərhələdə nümayəndə heyəti formalaşdırılır.