AŞPA-nın komitələrində Azərbaycanla bağlı hesabatlar müzakirə olunacaq

Xarici siyasət
  • 04 avqust, 2017
  • 07:48
AŞPA-nın komitələrində Azərbaycanla bağlı hesabatlar müzakirə olunacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrində Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti müzakirə olunacaq.

"Report" assambleyanın saytına istinadən xəbər verir ki, sentyabrın 5-də Parisdə AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclası keçiriləcək.

Toplantıda Belçikadan olan parlamentari Alen Destercenin (Alain Desterxhe) təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək. 

Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq.

Toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq.