"Azərmaş Group"un dövlət zəmanətli istiqrazlarına 71 investor maraq göstərib

Maliyyə
  • 15 oktyabr, 2026
  • 15:07
Azərmaş Groupun dövlət zəmanətli istiqrazlarına 71 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 71 investor ümumi dəyəri 10 milyon manat olan 71 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazların nominal dəyərinin 60 %-i üzrə İpoteka və Kredit Zəmanət Fondu zəmanət verib.

İstiqrazların aşağıda qeyd olunan şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:

27-ci ayda -2,5 milyon manat;

30-cu ayda - daha 2,5 milyon manat;

33-cü ayda - daha 2,5 milyon manat;

36-cı ayda - daha 2,5 milyon manat.

44 - Tezliklə