Banqladeş Azərbaycanı AQEM-ə sədrlik müddətinin uzadılması münasibətilə təbrik edib

Xarici siyasət
  • 15 oktyabr, 2026
  • 15:08
Banqladeş Azərbaycanı AQEM-ə sədrlik müddətinin uzadılması münasibətilə təbrik edib

Banqladeş Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik müddətinin uzadılması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bunu Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kəbir AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.

Nazir sammitın yüksək səviyyədə təşkili və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə hökumətinə minnətdarlığını bildirib.

"Azərbaycanı AQEM-ə sədrlik müddətinin uzadılması münasibətilə təbrik edirəm. Sədrlik mövzunuz - "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" xalqlarımız üçün həyati əhəmiyyət kəsb edən prioritetləri əks etdirir", - o qeyd edib.