"Kür"ün həndbolçusu Mədinə Musayeva: "WHC Çair Skopye" ilə başabaş mübarizə gözləyirik"
- 15 oktyabr, 2026
- 15:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın həndbolçulardan ibarət "Kür" komandasının hədəfi EHF Avropa Kubokunda IV raunda yüksəlməkdir.
Bu barədə "Report"a Azərbaycan təmsilçisinin üzvü Mədinə Musayeva açıqlama verib.
O, turnirin III mərhələsində Şimali Makedoniyanın "WHC Çair Skopye" kollektivinə qarşı keçirəcəkləri oyunlar haqqında fikirlərini bölüşüb:
"Hədəfimiz IV mərhələyə vəsiqə qazanmaqdır. Artıq bunun üçün çalışmalara başlamışıq. Məşqçilərimiz rəqibi təhlil edirlər. Ümid edirəm ki, yaxşı nəticəyə nail olacağıq və bizi dəstəkləyənləri sevindirəcəyik. Növbəti mərhələyə yüksəlmək şansımız var. Məncə, başabaş mübarizə gedəcək. Rəqib güclüdür, amma biz də zəif deyilik. Düşünürəm ki, meydançada minimum səhv edən turun qalibi olacaq".
Komandanın qapıçısı qalib gələcəklərinə inandığını söyləyib:
"İnam həmişə var. Meydança düz, top yumrudur. Ümid edirəm ki, növbəti dəfə qarşıya qoyduğumuz məqsədə çatacağıq".
Xatırladaq ki, təqvimə əsasən, "Kür"ün "WHC Çair Skopye" ilə ilk oyunları noyabrın 7-8-də, cavab qarşılaşmaları isə 14-15-də baş tutacaq. Mingəçevir klubu II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.