Ukraynalı nazir: Müharibə başlayandan 2000-ə yaxın uşaq xəsarət alıb - EKSKLÜZİV

Sosial müdafiə
  • 31 oktyabr, 2025
  • 16:53
Ukraynalı nazir: Müharibə başlayandan 2000-ə yaxın uşaq xəsarət alıb - EKSKLÜZİV

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən (24 fevral 2022-ci il - red) indiyə qədər 2000 uşaq xəsarət alıb.

Bunu "Report"a açıqlamasında Ukraynanın səhiyyə naziri Viktor Lyaşko deyib.

O qeyd edib ki, bu uşaqlar raket və pilotsuz uçuş aparatlarının zərbələrindən, bombardmanlardan, atəşlərdən və partlayışlardan, həmçinin təxliyə zamanı yaralanıblar:

"Təəssüf ki, bu uşaqların əksəriyyətində uzunmüddətli müalicə, reabilitasiya və psixoloji dəstək tələb edən çoxsaylı və ya mürəkkəb xəsarətlər olub. Onların arasında onlarla ətraf amputasiya halları var. Xəsarət alan uşaqların yaşı ən çox 7-14 arasında dəyişir".

Nazir müharibədən əziyyət çəkən uşaqların bir qisminin Azərbaycanda reabilitasiya keçməsinə toxunaraq bildirib ki, bu dövr ərzində ümumilikdə 445 ukraynalı uşaq Azərbaycana reabilitasiyaya göndərilib.

O qeyd edib ki, bu uşaqlar psixoloji yardıma, reabilitasiyaya ehtiyacı olanlardır:

"Ukraynalı uşaqların bərpasında, sağalmasında və gələcəyə ümid qazanmasında göstərdikləri şəfqət, həmrəylik və davamlı dəstəyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımızı bildiririk".

Son xəbərlər

Bütün Xəbər Lenti