Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir
- 15 oktyabr, 2026
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir.
"Report" xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:
"Bu, bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk".
Laos Prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: "Bölgə ölkələrinin, təşkilata üzv dövlətlərin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq".