Türkmənistan Aşqabad İqlim Dialoqunun yaradılmasını təklif edib
- 15 oktyabr, 2026
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistan Aşqabad İqlim Dialoqunun yaradılması təşəbbüsü ilə çıxış edib.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
"Türkmənistan Aşqabad İqlim Dialoqu - iqlim dəyişikliyinə uyğunlaşma, səhralaşma və quraqlıqla mübarizə, su ehtiyatlarından səmərəli istifadə və yaşıl həllərin irəliləməsi məsələləri üzrə təcrübə mübadiləsi və yanaşmaların əlaqələndirilməsi üçün çoxtərəfli platformanın təsis edilməsi təşəbbüsünü irəli sürür", - o deyib.
Berdiməhəmmədov maraqlı dövlətləri və beynəlxalq tərəfdaşları bu təşəbbüsü dəstəkləməyə dəvət edib.
O qeyd edib ki, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik müasir dövrün ciddi çağırışları olaraq qalır, bununla əlaqədar Türkmənistan bu sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq müdafiə edir.
Prezident AQEM-in iştirakçı dövlətlərinin su ehtiyatlarından səmərəli istifadə, müasir ətraf mühitin mühafizəsi texnologiyalarının tətbiqi və qlobal iqlim dəyişikliyi şəraitində milli iqtisadiyyatların dayanıqlığının artırılması üçün səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.