Kambocanın Baş naziri Azərbaycanın AQEM-ə liderliyini yüksək qiymətləndirib
- 15 oktyabr, 2026
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Kambocanın Baş naziri Hun Manet Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədirliyini yüksək qiymətləndirib.
"Report"un məlumatına görə, o, bunu Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə bəyan edib.
H.Manet Kamboca nümayəndə heyətinə göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə Azərbaycanın Prezidenti İlham Əliyevə, hökumətinə və xalqına minnətdarlığını bildirib.
"Azərbaycanın sədrliyini yüksək qiymətləndirir və ölkəni AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması münasibətilə təbrik edirəm", - o bildirib.
Baş nazir sammitin təşkilinə görə Azərbaycanın sədrliyinin və AQEM Katibliyinin fəaliyyətini də qeyd edib.
Bundan əlavə, Kamboca Laos Xalq Demokratik Respublikasının təşkilata tamhüquqlu üzv kimi daxil olmasını alqışlayıb.
H.Manetin sözlərinə görə, Laosun iştirakı AQEM-in təmsilçilik səviyyəsinin, inklüzivliyinin artırılmasına töhfə verəcək.