Gəncədə 9 May - Qələbə Günü qeyd edilib - FOTO - VİDEO
- 09 may, 2018
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 9 may. REPORT.AZ/ Gəncə şəhərində 9 May - Qələbə Gününün 73-cü ildönümü qeyd edilib.
"Report"un Qərb bürosu xəbər verir ki, Xan bağında Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən Müharibəsi iştirakçıları, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
E.Vəliyev Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı önünə əklik qoyub, dövlət himni səsləndirilib və yaylım atəşi açılıb.
Gəncə Dövlət Dram Teatrının kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.
İcra başçısı E.Vəliyev Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşərək, onlarla söhbət edib. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda Gəncədə 11 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı isə 70-dən artıqdır.
Tədbirin davamında veteranlarının xatirələri dinlənilib.