Azərbaycanda kompüterlərdə "Chrome"un bazar payı sentyabrda 9 %-ə yaxın azalıb
- 07 oktyabr, 2026
- 23:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 78,33 % təşkil edib.
"Report" "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, avqust ayına nisbətən 2,15 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə isə 1,3 faiz bəndi azdır.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,04 faiz bəndi artaraq, il ərzində isə 0,17 faiz bəndi azalaraq 8,49 % olub.
Növbəti yerdə qərarlaşan "Firefox"un bazar payı aylıq 0,65 faiz bəndi, il ərzində isə 4,45 faiz bəndi artaraq 5,47 % təşkil edib.
Dördüncü yerdəki "Samsung Internet"in bazar payı ay ərzində 0,25 faiz bəndi, illik müqayisədə isə 0,82 faiz bəndi artaraq 3,92 % təşkil edib.
İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,18 faiz bəndi artaraq, il ərzində isə 0,1 faiz bəndi azalaraq 2,09 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"Chrome" – 75,95 % (aylıq 7,18 faiz bəndi və ya 8,6 %, illik 8,81 faiz bəndi az);
"Firefox" – 13,69 % (aylıq 4,98 faiz bəndi və illik 11,77 faiz bəndi çox);
"Edge" – 6,04 % (aylıq 2,11 faiz bəndi və illik 1,05 faiz bəndi çox);
"Opera" – 1,58 % (aylıq 0,47 faiz bəndi çox və illik 2,12 faiz bəndi az);
"Samsung Internet" – 0,53 % (aylıq 1,19 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
Mobil cihazlarda:
"Chrome" – 79,53 % (aylıq 1,5 faiz bəndi və illik 3,63 faiz bəndi çox);
"Safari" – 12,09 % (aylıq 1,42 faiz bəndi və illik 1,42 faiz bəndi az);
"Samsung Internet" – 5,69 % (aylıq 0,21 faiz bəndi və illik 0,22 faiz bəndi çox);
"Firefox" – 1,25 % (aylıq 0,01 faiz bəndi və illik 0,89 faiz bəndi çox);
"Opera" – 0,8 % (aylıq 0,18 faiz bəndi çox və illik 1,37 faiz bəndi az);
Planşetlərdə:
"Chrome" – 84,83 % (aylıq 2,02 faiz bəndi və illik 19,33 faiz bəndi çox);
"Safari" – 7,43 % (aylıq 0,93 faiz bəndi və illik 6,03 faiz bəndi az);
"Android" – 2,78 % (aylıq 0,77 faiz bəndi və illik 6,73 faiz bəndi az);
"Samsung Internet" – 2,73 % (aylıq 0,4 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
"Opera" – 1,25 % (aylıq 0,17 faiz bəndi çox və illik 1,1 faiz bəndi az);