Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 00:23
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Albaniyanın Baş naziri Edi Rama Türkiyənin xarici işlər nazirinin müavini və XİN-in Avropa İttifaqı İdarəsinin rəhbəri Mehmet Kamal Bozayı qəbul edib.

"Report"un Balkan bürosu xəbər verir ki, görüşdə Albaniyanın infrastruktur və energetika naziri Enea Karakaçi də iştirak edib.

Tərəflər Albaniya ilə Türkiyə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşə Türkiyə–Albaniya Biznes Şurasının nümayəndə heyəti də qatılıb.