Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 01:41
Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var

Qətər sahillərindən təxminən 51 dəniz mili (94 km) şimalda tanker hücuma məruz qalıb, xəsarət alanlar var.

"Report" Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, gəmiyə bir neçə mərmi atılıb.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

UKMTO baş vermiş hadisənin hallarını araşdırmağa başlayıb. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

44 - Tezliklə