Bu il AQUPDK-ya xaricdə valideyn himayəsindən məhrum qalan uşaqlarla bağlı 29 müraciət daxil olub

Sosial müdafiə
  • 20 dekabr, 2019
  • 11:22
Bu il AQUPDK-ya xaricdə valideyn himayəsindən məhrum qalan uşaqlarla bağlı 29 müraciət daxil olub

Bu il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ölkə hüdudlarından kənarda valideyn himayəsindən məhrum qalan uşaqlar barəsində 29 məlumat daxil olub.

“Report” xəbər verir ki, bu, Komitənin 2019-cu il üzrə fəaliyyəti haqqında illik hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, Hüquqi təminat şöbəsinin tədbirlər planına əsasən, Azərbaycan vətəndaşı olan ölkə hüdudlarından kənarda valideyn himayəsindən məhrum qalan uşaqlar barəsində xarici dövlətlərin səlahiyyətli orqanlarından bir başa və Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsi ilə Komitəyə 01.01.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək 29 məlumat daxil olub.