Səhiyyə turizminin inkişafında özəl tibb sektorunun hərəkətverici qüvvəsi kimi idman travmatologiyası
- 11 noyabr, 2025
- 13:47
Səhiyyə turizmi qlobal miqyasda sürətlə böyüyən bir sektordur və Azərbaycanın bu sahədə potensialını reallaşdırması üçün müxtəlif istiqamətlər üzrə inkişafı zəruridir.
Qlobal səhiyyə turizmi bazarı 2024-cü ildə təxminən 144,5 milyard ABŞ dolları təşkil etmiş və 2033-cü ilədək 704,8 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır (IMARC Group). Bu bazarda ortopedik və travma müalicələrinin ("orthopedic surgeries / musculoskeletal care") payı təxminən 10 % səviyyəsində göstərilmişdir.
İdman travmatologiyası / idman təbabəti ("sports medicine") bazarı da ardıcıl artmaqdadır: qlobal idman travmatologiyası bazarının 2024-cü ildə təqribən 7,3 milyard ABŞ dolları olduğu və 2033-cü ilədək təxminən 15,25 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır (Grand View Research).
Ölkədə idman turizmi və beynəlxalq idman tədbirlərinin artması ilə əlaqədar olaraq, idman travmatologiyası xüsusi aktuallıq kəsb edir.
Regional mənzərə
Cənubi Qafqaz və Yaxın Şərq regionunda bu istiqamətdə əsas rol Türkiyəyə məxsusdur. Ölkə uzun illərdir "Sports Medicine Center" modeli ilə həm yerli, həm də xarici pasiyentlər üçün kompleks xidmət təklif edir.
Azərbaycan və Gürcüstan bu bazara yeni daxil olmağa başlayır. Azərbaycan üçün üstünlük – tibbi personalın təcrübəsi, müasir cərrahi baza və xərc üstünlüyüdür.
Azərbaycanın potensialı
İdman zədələrinin müalicəsi üzrə xaricdə (xüsusən Türkiyə və Almaniyada) aparılan əməliyyatların qiyməti 5–15 min ABŞ dolları arasında dəyişir. Azərbaycanda isə eyni xidmət təxminən 700–2500 dollar aralığındadır. Bu fərq, ölkəni keyfiyyətə görə daha əlçatan qiymət təklif edən bazar kimi mövqeləndirə bilər.
Əgər bu istiqamət sistemli şəkildə təşviq olunsa, hər il yüzlərlə regional pasiyentin axını mümkün olar. Bunun üçün idman federasiyaları, sığorta şirkətləri və xəstəxanalar arasında ortaq proqramlar yaradılmalıdır.
İdman travmatologiyası nədir?
İdman fəaliyyəti zamanı yaranan zədələnmələrin diaqnostikası, müalicəsi, reabilitasiyası və profilaktikası ilə məşğul olan bu tibb sahəsi təkcə peşəkar idmançılar üçün deyil, həm də aktiv həyat tərzi sürən geniş əhali kütləsi üçün əhəmiyyətlidir. Əsas məqsəd zədələnmiş şəxsin ən qısa zamanda sağlamlığına qayıtmasını və idman fəaliyyətini bərpa etməsini təmin etməkdir.
Əhali və idmançıların xəstəliklərində müasir müalicə seçimi
Bu imkanlar həm yerli əhali, həm də idmançılar üçün cəlbedicidir. Sürətli və keyfiyyətli müalicə təkcə fiziki sağlamlığı deyil, həm də idmançının karyerasının davamlılığını təmin edir. Xarici pasiyentlər üçün yüksək standartlarda xidmət göstərən özəl klinikalar ölkəyə valyuta axınına səbəb olur və səhiyyə turizmini stimullaşdırır.
Özəl sektorda investisiya imkanı
İdman travmatologiyası böyük əlavə dəyər potensialı vəd edir. Rəqabətədavamlı olmaq üçün investisiyalar müasir avadanlıqlara, xüsusi klinik infrastrukturuna və beynəlxalq marketinqə yönəldilməlidir.
Nəhayət, professional təşkilatlanma səhiyyə turizminin açarıdır. Xarici dil bilikləri xarici pasiyentlərlə ünsiyyəti asanlaşdırır. Beynəlxalq konfranslarda iştirak və qabaqcıl xarici klinikalarda təcrübə proqramları təşkil etməklə müasir tibbi bacarıqlara yiyələnmə yollarının təşkili təmin edilməlidir.
Nəticə olaraq qeyd edək ki, özəl tibb sektoru idman travmatologiyası sahəsindəki potensialını reallaşdıraraq, Azərbaycanın səhiyyə turizmi xəritəsində əhəmiyyətli yer tuta bilər. Bunun üçün investisiya, peşəkar kadr hazırlığı və beynəlxalq standartlara uyğun xidmət keyfiyyəti əsas şərtdir.
Bu, təkcə tibbi uğur deyil, həm də ölkə iqtisadiyyatına ciddi töhfə deməkdir.
"Ortoklinik" – Sağlam Seçimdir!
Müasir tələblərə cavab verən "ORTOKLİNİK" – özəl ortopediya və travma mərkəzi Azərbaycanda müasir ortopediya və travmatologiya sahəsində elmi əsaslara, klinik təcrübəyə və beynəlxalq protokollara əsaslanan unikal özəl tibbi təşəbbüsdür.
"ORTOKLİNİK" Mediland Hospital nəzdində fəaliyyət göstərir. Geniş tibbi xidmət imkanlarını özündə cəmləşdirən Mediland hospital, multidissiplinar ortopediya və travmatologiya komandası ilə dayaq-hərəkət sisteminin xəstəliklərində sizə dəstək olmaq üçün çalışır. Mərkəz fəaliyyətinin mərkəzinə keyfiyyət, pasient mərkəzlilik, elmilik və nəticəyönümlülük prinsiplərini yerləşdirmişdir.
İdman Travmatologiyası üzrə mərkəzimizdə: dəqiq diaqnostika metodları (MRT, KT və digər radioloji üsullar), artroskopiya kimi minimal invaziv cərrahiyyə, xəstəyə yönəldilmiş fərdi reabilitasiya proqramları və regenerativ ortopediyanın imkanları (kök hüceyrə,PRP və digər bioloji üsullar) kimi qabaqcıl müalicə üsulları tətbiq olunur.
Uzman Dr. Şəhriyar Fətullayev,
travmatoloq-ortoped.