Türkiyənin Qara dəniz sahilində hərbi PUA tapılıb

Region
  • 05 iyul, 2026
  • 04:13
Türkiyənin Qara dəniz sahilində hərbi PUA tapılıb

Türkiyənin Zonquldak vilayətinin Qara dəniz sahilində hərbi məqsədli olduğu hesab edilən bir pilotsuz uçuş aparatı (PUA) tapılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "NTV" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Əldə edilən məlumatlara görə, Filyos sahilində PUA-nı görən vətəndaşlar vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər və hadisə yerinə jandarm qrupu göndərilib.

Dronla bağlı texniki araşdırma aparılır.