Türkiyənin cənubunda bomba panikası yaşanıb

Region
  • 02 yanvar, 2015
  • 21:16
Türkiyənin cənubunda bomba panikası yaşanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyə cənubundaki Adana şəhərində ötən axşam bomba panikası yaşanıb.

Belə ki, naməlum şəxs polisə zəng vuraraq Adananın mərkəzində avtomobildə partlayıcı maddə yerləşdirildiyi barədə məlumat verib.

"Report"-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Adana polisi şəhər mərkəzində park edilən bir avtomobildən şübhələnib. Maşında uzun müddət axtarış aparılıb.

Hadisə ilə bağlı iki nəfər tutulub.

44 - Tezliklə