Türkiyə İraqa iki təyyarə hərbi yardım göndərib
Region
- 03 mart, 2015
- 12:31
Bakı. 3 mart. REPORT.AZ/ Türkiyə İŞİD-in nəzarətində olan Mosulun azad edilməsi əməliyyatına yardım məqsədilə bu gün İraqa iki təyyarə hərbi vəsait göndərib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, hərbi yardım artıq Bağdada çatıb.
Martın 4-də Türkiyənin müdafiə naziri İsmət Yılmaz İraqa səfər edəcək. Onun iraqlı məsullarla görüşünün gündəliyində İraqda İŞİD-ə qarşı mübarizə, təhlükəsizlik və informasiya məsələləri də var.
Bu səfər Mosulda İŞİD-ə qarşı yazda keçirilməsi nəzərdə tutulan əməliyyatlara hazırlıq tədbirləri sırasına aiddir.
Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının aprel və may aylarında gerçəkləşdiriləcəyi gözlənilir.
Son xəbərlər
00:56
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
Digər ölkələr00:22
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
Hadisə00:09
Konqoda eboladan ölənlərin sayı iki min nəfərə yaxınlaşır
Digər ölkələr23:56
TBMM-də "Terrorsuz Türkiyə" ilə bağlı qanun layihəsi qəbul edilib
Region23:42
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
Region23:30
Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib
Digər ölkələr23:02
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Digər ölkələr22:47
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB-7
Digər ölkələr22:45