İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək

Region
  • 10 avqust, 2026
  • 23:42
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək

ABŞ-nin maliyyə naziri Skott Bessent iqtisadi sanksiyalar vasitəsilə İranı "boğmaqla" öyünüb.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Bu iddia Amerikanın sanksiyalara olan kompulsiv asılılığının bariz sübutudur. Vaşinqton sanksiyalara sığınır və bu məhdudiyyətlər nəticə vermədikdə sadəcə olaraq dozanı artırır", - Bəqai bildirib.

Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək.

Xatırladaq ki, Bessent avqustun 7-də "X" sosial şəbəkə hesabında yazıb ki, İran rəqəmsal aktivlər və kölgə bank şəbəkələrindən asılıdır: "İqtisadi qəzəb" işə yarayır. Biz iqtisadi təzyiqi artırmağa davam edəcəyik. İstər dollar, istər rial, istərsə də kriptovalyuta olsun, Maliyyə Nazirliyi İranı ayaqda saxlayan qeyri-qanuni maliyyə şəbəkələrini izləyəcək və dağıdacaq".

Qeyd edək ki, "İqtisadi qəzəb" ABŞ-nin İrana qarşı başlatdığı təzyiq kampaniyasıdır. Bu, İranın neft ixracını sıfırlamaq, maliyyə gəlirlərini kəsmək, gizli tranzit şəbəkələri və aviaşirkətləri hədəfə almaq məqsədi daşıyır.