Konqoda Eboladan ölənlərin sayı iki min nəfərə yaxınlaşır

Digər ölkələr
  • 11 avqust, 2026
  • 00:09
Konqoda Eboladan ölənlərin sayı iki min nəfərə yaxınlaşır

Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma nəticəsində ölənlərin sayı 1 960 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi ölkə hakimiyyətinə istinadən məlumat yayıb.

Bununla yanaşı, 4 294 yoluxma halı təsdiqlənib, 722 pasiyent təcrid vəziyyətindədir və ya xəstəxanaya yerləşdirilib, 849 nəfər isə sağalıb.

Ən mürəkkəb vəziyyət İturi, Şimali Kivu, Yuxarı Uele və Çopo vilayətlərində müşahidə edilir.

Uqandada iyulun 28-dən bəri yeni yoluxma halları barədə məlumat verilməyib.