Qırğızıstan məscidlərində Myanmada ölənlər üçün dualar ediləcək

Region
  • 07 sentyabr, 2017
  • 07:01
Qırğızıstan məscidlərində Myanmada ölənlər üçün dualar ediləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sentybarın 8-də Qırğızıstanın bütün məscidlərində Myanma hadisələri qurbanlarının xatirəsinə dualar oxunacaq.

"Report" "Sputnik-Qırğızıstan" istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsindən (QMRİ) bildirilib.

"Cümə günü, sentyabrın 8-də ölkənin bütün məscidlərində Myanmada həlak olanlar üçün dualar edəcəyik. Uca Tanrıdan şiddətin qarşısını almağı və bunun bir daha təkrarlanmaması üçün istəyəcəyik", - idarənin məlumatında deyilir.

Qeyd edək ki, daha əvvəl QMRİ Myanmada baş verən hadisələri müsəlmanların sıxışdırılması və insan hüquqlarının pozulması adlandırıb. Müftilik həmçinin Qırğızıstan vətəndaşlarını fikirlərini dinc yolla ifadə etməyə çağırıb.

44 - Tezliklə