İŞİD Qroznıda hücuma görə məsuliyyəti üzərinə götürdü
Region
- 01 yanvar, 2021
- 00:41
İŞİD terror qruplaşması Çeçenistan Respublikasının paytaxtı Qroznıdakı hücuma görə məsuliyyəti üzərinə götürüb.
“Report”un məlumatına görə, bu barədə ekstremistlərə bağlı KİV-ə istinadən “Reuters” agentliyi xəbər verir.
Bazar ertəsi Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, bıçaqla silahlanmış iki terrorçu Qroznıda post patrul xidməti əməkdaşlarından silahı almağa çalışıblar. Nəticədə bir polis əməkdaşı həlak olub, digəri yaralanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hücum edənlər zərərsizləşdirilib. Kadırovun sözlərinə görə, onların şəxsiyyətləri müəyyənləşdirilib – bunlar İnquşetiya sakinləri Həsən və Hüseyn adlı qardaşlardır. Onlar 2012-ci ildə Çeçenistan Respublikasına köçüblər və çörəkbişirmə sexində işləyiblər.
Son xəbərlər
20:09
Foto
Kəngərlidə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə20:04
Hindistanda leysan yağışları 19 nəfərin ölümünə səbəb olub
Digər ölkələr19:37
Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq
Region19:20
Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb
Region18:40
Foto
Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Hadisə18:39
"Formula 1": Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub
Formula 118:18
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
Hadisə18:15
Türkiyə Yunanıstandakı 8 türk məktəbin bağlamasını pisləyib
Region17:53