Pentaqon raket əleyhinə sistemlərin istehsalı üçün 6,3 mlrd dollarlıq müqavilə imzalayıb

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 07:41
Pentaqon raket əleyhinə sistemlərin istehsalı üçün 6,3 mlrd dollarlıq müqavilə imzalayıb

ABŞ-nin Müdafiə Nazirliyi "Raytheon" şirkətilə "SM-3 Block IB" raket əleyhinə sistemlərin istehsalı üçün 6,3 milyard dollarlıq müqavilə imzalayıb.

"Report"un Pentaqonun mətbuat xidmətinə istinadən məlumatına görə, müqavilə beş il müddətinə, daha iki il uzadılması imkanı ilə bağlanıb.

Müdafiə nazirinin təchizat və satınalma üzrə müavini Maykl Daffi bildirib ki, müqavilə sabit silah istehsalını təmin edəcək və təchizat zəncirindəki maneələri aradan qaldıracaq.

"Bu müqavilə ABŞ Hərbi Dəniz və Quru Qüvvələrinin hava, dəniz və quru üstünlüyünü qorumaq üçün lazım olan raket əleyhinə sistemlərə sahib olmasını təmin edir", - o vurğulayıb.

44 - Tezliklə