Nyu-York meri Trampdan şəhərdə immiqrasiya xidmətinin əməliyyatına son qoymağı tələb edəcək
- 09 oktyabr, 2026
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-York meri Zöhran Mamdani ABŞ Prezidenti Donald Trampdan şəhərdə İmmiqrasiya və Gömrük Nəzarətinin (ICE) əməkdaşlarının iştirak etdiyi atışmadan sonra xidmətin əməliyyatlarına son qoymağı tələb etmək niyyətindədir.
"Report"un məlumatına görə, Mamdani bu barədə "X" sosial şəbəkəsində saytında yazıb.
"Prezidentlə danışanda ondan şəhərimizdə ICE-nin asayişin bərpası ilə bağlı bütün əməliyyatlarına son qoymasını tələb edəcəyəm. ICE agentlərinin sakinlərimizi terror etməsinə dözməyəcəyəm", - mer bildirib.
Bir müddət əvvəl ICE əməkdaşları Bronksda axtarışda olan bir kişiyə atəş açaraq onu yaralayıblar. Zərəçəkən xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur. Hadisə zamanı immiqrasiya xidmətinin iki əməkdaşı da yaralanıb.