İraqın şimalında terrorçu PKK-nın 4 silahlısı zərərsizləşdirlib

Region
  • 20 sentyabr, 2016
  • 06:34
İraqın şimalında terrorçu PKK-nın 4 silahlısı zərərsizləşdirlib

Bakı. 20 sentyabr. REPORT.AZ/ İraqın şimalında Kesta kəndinin qərbində terrorçu PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirlib, biri yaralanıb.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"İraqın Şimalında Andac bölgəsində isə terrorçulara aid silah-sursat anbarı məhv edilib", - məlumatda bildirilib.