İran ordusu Əfqanıstanla sərhədə nəzarət edəcək

Region
  • 28 noyabr, 2018
  • 05:36
İran ordusu Əfqanıstanla sərhədə nəzarət edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ İran ordusu Əfqanıstanla ümumi dövlət sərhədinin qorunması məsuliyyətini üzərinə götürüb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmmədhüseyn Baqeri İslam Respublikası quru qoşunları komandirlərini iştirakı ilə keçirilən tədbirdə bildirib.

O deyib ki, bu vəzifə İran ordusuna tapşırılandan sonra Əfqanıstanla sərhəd daha təhlükəsiz olacaq.

44 - Tezliklə