Radek Şpicar: "Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər"

Biznes
  • 12 oktyabr, 2026
  • 10:33
Radek Şpicar: Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər

Çexiya Azərbaycana sadəcə öz məhsullarının reallaşdırılması üçün bazar kimi deyil, həm də regionda daha da irəliləmək üçün strateji platforma kimi baxır.

"Report" xəbər verir ki, bu barədə Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar (Radek Špicar) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

"Biz Azərbaycanı təkcə mallarımız və xidmətlərimiz üçün son məntəqə kimi cəlb etmək deyil, həm də ondan regionda mövcudluğumuzu daha da genişləndirmək üçün hab kimi istifadə etməyə çalışırıq. Əminəm ki, siz bu strateji rolu yerinə yetirə biləcək qədər möhkəm mövqe tutmusunuz və biz bu üstünlükdən yararlanmaq istərdik", - o vurğulayıb.

O, qeyd edib ki, bu proses qarşılıqlı faydalı ola bilər: "Çexiya tərəfi öz növbəsində Bakıya, sonradan Avropa İttifaqı bazarına çıxmaq üçün oxşar platforma təşkil etməyi təklif edir. Əks istiqamətdə: biz bunu Avropa İttifaqı çərçivəsində, xüsusən də söhbət əsas sektorlardan - ağır maşınqayırma, nəqliyyat sahəsi, İT sektoru, avtomobil, kimya sənayesi və digər istiqamətlərdən getdikdə təmin edə bilərik. Beləliklə, mənim təklifim ondan ibarətdir ki, siz Avropa İttifaqına daha da irəliləmək üçün Çexiyada öz habınızı formalaşdırasınız".

R.Şpicar həmçinin ikitərəfli əlaqələrin yüksək səviyyəsinə diqqət çəkib və hazırkı biznes-missiyanın əhəmiyyətini vurğulayıb: "Bu, 1993-cü ildən bəri Azərbaycana təşkil edilən səkkizinci ticarət missiyasıdır. Bu, qətiyyən sonuncu deyil".

44 filmi