Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik"
- 12 oktyabr, 2026
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiya Azərbaycanı mühüm strateji tərəfdaş kimi qiymətləndirir.
"Report" xəbər verir ki, bunu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
"İqtisadi əlaqələrimiz artıq möhkəm dayağa söykənir, nəqliyyat sahəsi isə birgə fəaliyyətin daha da genişləndirilməsi üçün ən böyük potensiala malik istiqamətlərdən biridir. Çexiya şirkətləri öz geniş təcrübələrini, müasir texnologiyalarını və Azərbaycanla uzunmüddətli tərəfdaşlığın və gələcək dostluq münasibətlərinin qurulmasında səmimi maraqlarını nümayiş etdirməyə çalışırlar", - nazir qeyd edib.
İ.Bednarikin vurğuladığı kimi, əməkdaşlıq yalnız infrastrukturla məhdudlaşmır.
"Söhbət bazarların yaxınlaşmasından, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasından və sahibkarlar, eləcə də əhali - hər iki dövlətin vətəndaşları üçün yeni perspektivlərin açılmasından gedir", - o əlavə edib.