Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Region
  • 12 oktyabr, 2026
  • 10:45
Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Türkiyənin Düzce vilayətinin Çilimli rayonunda traktorun qəzaya uğraması nəticəsində 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, qəza rayonun Karaçörtlen kəndinə gedən yolda baş verib. Belə ki, traktorun qoşqusu aşıb, 11 nəfər xəsarət alıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

44 - Tezliklə