Radek Şpicar: "Azərbaycan yüksək inkişaf etmiş iqtisadiyyata keçiddə iddialıdır"

Biznes
  • 12 oktyabr, 2026
  • 10:32
Radek Şpicar: Azərbaycan yüksək inkişaf etmiş iqtisadiyyata keçiddə iddialıdır

Azərbaycan neft hasil edən iqtisadiyyatdan sənaye sektoru və xidmət sahəsinə əsaslanan yüksək inkişaf etmiş modelə keçidə, həmçinin əsas oyunçu və regional haba çevrilməyə yönəlmiş son dərəcə iddialı və diqqətəlayiq strategiya həyata keçirir.

"Report" xəbər verir ki, bunu Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar (Radek Špicar) Azərbaycan-Çexiya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Bakının neftə əsaslanan inkişaf modelindən imtina edərək müasir sənaye və xidmət iqtisadiyyatına keçid kursu müstəsna ambisiyalılığı və böyük perspektivləri ilə seçilir: "Biz Azərbaycanın regionun əsas iqtisadi mərkəzinə çevrilmək strategiyasını böyük diqqətlə izləyirik. Bu cür planların həyata keçirilməsi üçün Çexiyadan daha uyğun tərəfdaş tapmaq çətindir. Çexiya böyük sənaye potensialına və çoxəsrlik istehsal təcrübəsinə malikdir".

Vitse-prezident qeyd edib ki, Çexiya şirkətlərinin Azərbaycanla qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə olan yüksək marağı ölkələr arasındakı möhkəm tarixi əlaqələr və respublikanın cəlbedici investisiya mühiti ilə şərtlənir: "Mən Avropaya da öz strategiyalarının reallaşdırılmasında Azərbaycan qədər uğurlu olmağı arzu edirəm".