Gürcüstanın Baş naziri Dünya İqtisadi Forumuna dəvət olunub
Region
- 07 dekabr, 2021
- 06:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gələn ilin 17-21 yanvar tarixində Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna (DİF) dəvət alıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
DİF-in təsisçisi və icraçı sədri Klaus Şvabın dəvət məktubunda forumun əhəmiyyəti və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün dünyanın siyasi, biznes və vətəndaş cəmiyyətinin aparıcı liderlərinin bir araya gəlməsinin zəruriliyi vurğulanıb.
“Forum iştirakçıları Sizin Gürcüstanın dayanıqlı və ədalətli iqtisadi inkişafı ilə bağlı fikirlərinizi dinləmək imkanına görə minnətdar olacaqlar”, - məktuda deyilir.
Son xəbərlər
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region