Ermənistan Təhlükəsizlik Şurasının katibi sabah ABŞ-a gedəcək

Region
  • 03 iyul, 2023
  • 05:44
Ermənistan Təhlükəsizlik Şurasının katibi sabah ABŞ-a gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də ABŞ-a gedəcək.

“Report” xəbər verir ki, məlumatı şura yayıb.

Səfər çərçivəsində A.Qriqoryan ABŞ Prezidenti Cozef Baydenin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqa yüksək vəzifəli rəsmilərlə görüşəcək.

44 - Tezliklə