Dərbənddə zəncirvari qəza olub, iki nəfər ölüb, xəsarət alanlar var

Region
  • 14 avqust, 2023
  • 17:24
Dərbənddə zəncirvari qəza olub, iki nəfər ölüb, xəsarət alanlar var

Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb, xəsarət alanlar var.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə rayonun Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə "FAD" Kavkaz"ın 962-ci km-də qeydə alınıb. "Ford Focus" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qarşıdan gələn zolağa çıxaraq idarəetməni itirərək əvvəlcə "Mercedes-Benz", daha sonra “LADA Vesta” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Ford Focus” və “Mercedes-Benz” markalı avtomobillərin sürücüləri aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

“Ford Focus”un üç, “Mercedes-Benz”in isə bir sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Dərbənd mərkəzi şəhər xəstəxanasına çatdırılıb.

44 - Tezliklə