Avropa Parlamentinin rəhbəri İrana ilk rəsmi səfərini edəcək

Region
  • 06 noyabr, 2015
  • 11:48
Avropa Parlamentinin rəhbəri İrana ilk rəsmi səfərini edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Parlamentinin (AP) sədri Martin Şults noyabrın 7-də Tehrana ilk rəsmi səfərini edəcək. Səfər çərçivəsində AP rəsmisi İran hakimiyyəti ilə ikitərəfli dialoqun aktivləşdirilməsi məsələsini müzakirə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avroparlamentin mətbuat xidməti məlumat verib.

"Sədr Martin Şults şənbə günü Avropa İttifaqı ilə İran arasında dialoqu aktivləşdirmək üçün adıçəkilən ölkəyə gedəcək", - qurumun bəyanatında deyilir.

Səfər zamanı M.Şults İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

44 - Tezliklə