​Avropa İttifaqının ali komissarı: "Bu, bütün dünya üçün ümid simvoludur"

Region
  • 14 iyul, 2015
  • 10:07
​Avropa İttifaqının ali komissarı: Bu, bütün dünya üçün ümid simvoludur

Bakı. 14 iyul. REPORT.AZ/ "İranın nüvə proqramı üzrə razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini "altılıq" ölkələri ilə İran təmsilçilərinin Vyanada keçirilən plenar iclasının açılışında bildirib.

O deyib ki, bu gün qəbul edilən qərar yalnız İranın nüvə proqramına aid deyil: "Qərar daha əhatəlidir. Bu qərar diplomatiya, əlaqələndirmə, əməkdaşlığın on illər boyu gərginliklərdən və qarşıdurmada keçərək, beynəlxalq münasibətlərdə yeni səhifə açmağın mümkünlüyünü göstərdi. Fikrimcə, bu, bütün dünya üçün ümid simvoludur". 

44 - Tezliklə