Almaniya XİN: "Ukraynanı taleyin ümidinə buraxmayacağıq"

Region
  • 04 mart, 2022
  • 11:25
Almaniya XİN: Ukraynanı taleyin ümidinə buraxmayacağıq

"G-7” (“Böyük 7-lik”), Avropa İttifaqı, NATO vətəndən kənarda sığınacaq axtaranları deyil, öz torpaqlarını müdafiə edən ukraynalıları taleyin ümidinə buraxmayacaq”.

“Report” DW-yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Putin Rusiyanı qlobal təcridə salacaq. Ukraynaya qarşı müharibəsi ilə Rusiyanı çöküşə aparır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, martın 5-də ABŞ-ın dövlət katibi Entoni Blinken, habelə Böyük Britaniya, Kanada, Ukraynanın xarici işlər nazirləri, NATO-nun Baş katibi Yens Stoltenberqlə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə təcili toplantısı olacaq.