Monteneqro XİN: "2017-ci ildə Qarabağ münaqişəsinin həllində irəliləyişlər müşahidə olunub"

Qarabağ
  • 07 dekabr, 2017
  • 13:13
Monteneqro XİN: 2017-ci ildə Qarabağ münaqişəsinin həllində irəliləyişlər müşahidə olunub

Bakı. 7 dekabr. REPORT.AZ/ "2017-ci ildə Gürcüstan, Moldova və Azərbaycandakı münaqişələrdə müsbət irəliləyişlər müşahidə edilib".

"Report" xəbər verir ki, bunu Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının illik iclasında çıxışı zamanı deyib.

"Bu hallarda status-kvonun təhlükəli xarakterini BMT qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanan sülh yolu ilə həll istiqamətində təşviq etmək lazımdır", - S.Darmanoviç bildirib.

Onun sözlərinə görə, Monteneqro ATƏT xətti ilə dayanıqlı siyasi həll yolunun inkişafı üçün daimi atəşkəsin vacib olduğunu hesab edir.

XİN başçısı qeyd edib ki, Monteneqro ATƏT-in münaqişələrin həlli institutunun səylərinə dəstək verməyə davam edir.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.

44 - Tezliklə